525.Az

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub


 

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, şəxsi heyət və texnikamızda itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





04.09.2022    çap et  çap et