Azərbaycanda arxeoloji qazıntılar zamanı aşkar edilmiş şəhərlərin etnik mənşəyi həmişə suallar, mübahisələr doğrub. Bizi sevməyənlər isə bundan yararlanmağa çalışıblar.
Şəmkir çayının sahilində, indiki Şəmkir şəhərinin təqribən 15 kilometrliyində aşkar olunan qədim Şəmkir şəhərinin xarabalıqlarında tapılan maddi mədəniyyət nümunələrinin böyük hissəsi hər hansı bir diskussiyaya əsas vermədən yaşayış məntəqəsinin türklərə - Azərbaycan türklərinə aid olduğunu qəti şəkildə sübut edir. Şəhər təqribən 30 hektar ərazini əhatə edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2017-ci ildə ərazi Dövlət qoruğu elan olunmuşdur.
Burada üzə çıxarılan saxsı qablar, sikkələr üzərində əski türk damlaları, sakral işarələr, təsvirlər...
Bədxahlarımıza layiqli cavablardan biridir. Azərbaycan arxeologlarının qızmar günəş altında gördüyü işlər yalnız Fədakarlıq, vətənsevərlik kimi dəyərləndirilməlidir.
Aşağıdakı təsvirə diqqət edin. Qab üzərində atlı döyüşçü təsviri son dərəcə nəfis və dəqiq şəkildə işlənmişdi və əcdadlarımızın zövq və ustalığından xəbər verir. Hətta atın kiprikləri də məharətlə işlənmişdi. Atın quyruğunun düyünlənməsi isə
döyüşçünün son döyüşə yola düşməsini bildirir. Bu əski türk ənənəsinə saka-skiflərə, bulqarlara, hunlara, xəzərlərə, oğuz və qıpçaqlara aid təsvirlərdə də rast gəlinir. Bu atlının geyimi, papağı, yəhəri, ən nəhayət atının quyruğunun düyünlənməsi məndə deja-vü (bir dəfə yaşanmış) effekti yaratdı. Mən onu Türkiyədə, Van gölündəki Ağtomar adasında, ermənilərə qətiyyən aidiyyəti olmayan məbəd üzərindəki barelyefdə görmüşəm.

Yeri gəlmişkən: Qazaxıstanda da "Ağtomar" toponimi vardır və "gölün, bataqlığın içərisindəki ada-otlaq" anlamını verir.
Araz Qurbanov
çap et