525.Az

Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - Yenilənib


 

Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - <b style="color:red"> Yenilənib</b>

 

Lerikdə yol qəzasında ölənlərin adı məlum olub - SİYAHI - FOTO - VİDEO - YENİLƏNİB - 8

525.az xəbər verir ki, ölənlərdən biri Göyşaban kənd sakini Xəlilova Dilarə İslam qızıdır.

Digər 7 nəfər isə Boladi kəndinin sakinləridir. Həmin şəxslərin adı aşağıdakılardır:

Həşimova Sərvər Əhməd qızı;

Axundova Saray İslam qızı;

Ağayeva Təcrübə Ağababa qızı;

Cəfərova Güldəstə Məmmədağa qızı;

Rzayeva Səmayə Ağababa qızı;

Rəhimova Nazxanım İsabala qızı;

Tahirova Zərnitac İslam qızı.

Xəstəxanadan aldığımız məlumata görə, hazırda 8 yaralıdan sürcü Səyyadov Səyyad Hacıbala oğlunun vəziyyəti stabilləşdiyindən paltaya köçürülüb.

Reanimasiyada olan 7 nəfərin vəziyyəti ağır olsa da stabilləşməyə doğru gedir.

X X X

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı xəsarət alanların müalicəsi TƏBİB-in tabeliyindəki Lənkəran Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

TƏBİB-dən 525.az- bildirilib ki, Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 3 nəfər də Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Beləliklə, xəstəxanada müalicə alanların sayı 8-ə (7-si qadın, 1-i kişi) çatıb.

Hazırda 8 nəfərin müalicəsi xəstəxananın Reanimasiya şöbəsində aparılır. Onlardan 7 nəfərin (hər biri qadın olmaqla) vəziyyəti ağır, 1 nəfərin (kişi olmaqla) vəziyyəti isə orta ağır qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən üz, baş və bədən nahiyələrində olan yaralar, sümük sınıqları, travmatik şok, qapalı kəllə-beyin travması, döş qəfəsinin travması, beyin sirkələnməsi, çox saylı qabırğa sınıqları ilə bağlı olub.
 


X X X 

Lerik rayonunun Günəşli kəndində baş verən qəza ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub.

525.az-a TƏBİB-dən verilən məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara tibbi yardım göstərilir.

Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

xxx

Ağır qəza baş verən hadisə yerinə FHN əməkdaşları da gəlib. 

525.az APA-ya istinadən xəbər verir ki, xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər. 

Bu barədə Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyev məlumat verib. Məlumata görə, ölənlərin sayı 8-ə çatıb.

Ölənlərin bəzilərinin adı açıqlanıb:

Səyyadova Səyyad Hacıbala oğlu - sürücü

Kərimova Nazilə Ağaəli qızı 

Fərəcova Şərafət Ənvər 

İbrahimova Əsmət Ağababa qızı 

Qurbanova Güllər Məmmədağa 

 





04.09.2022    çap et  çap et