525.Az

186 yaşlı “Bristol” zooparkı bağlanır


 

186 yaşlı “Bristol” zooparkı bağlanır<b style="color:red"></b>

Dünyanın ən qədim zooparklarından biri 186 ildən sonra bağlanıb. 

525.az "BBC"yə istinadən xəbər verir ki, İngiltərədə dünyanın beşinci ən qədim zooparkı olan “Bristol” zooparkı 186 illik fəaliyyəti sonlandırıb. 

Zooparkın bağlanmasına səbəb, koronavirus pandemiyası ilə əlaqədar karantinlərdən sonra maliyyə çatışmazlığı olub. Nəticədə zooparkın sahibi "Bristol Zoological Society" xeyriyyə təşkilatı müəssisənin yerləşdiyi ərazini satmaq qərarına gəlib. 

Qeyd edək ki, 1836-cı ildə fəaliyyətə başlayan zoopark açılışından bəri təxminən 90 milyon ziyarətçi qarşılayıb və qorunma proqramları ilə bir çox nəsli kəsilməkdə olan heyvanı xilas edib. Bristol açılan zaman varlı ailələr başqa ölkələrdən heyvanlar alaraq Böyük Britaniyaya gətirib və zooparkın təşkilinə kömək ediblər. 

İndi heyvanlar icmanın "Vəhşi Yer" layihəsinin tətbiq olunacağı yeni yerə köçürüləcək. Bəzi heyvanlar onlar üçün yeni yerlər tikilənə qədər bir müddət zooparkda yaşamalı olacaqlar. 

Zooparkı son dəfə ziyarət etmək istəyən onlarla şəxs sentyabrın 3-ü səhər saatlarından Viktoriya dövrünə aid zooparkı ziyarət etmək üçün növbəyə düzülüb. 

Malik Atilay

 





04.09.2022    çap et  çap et