525.Az

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub


 

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub<b style="color:red"></b>

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 





04.09.2022    çap et  çap et