525.Az

"Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur" - Açıqlama


 

"Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur"<b style="color:red"> - Açıqlama</b>

Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda vəziyyətin gərginləşməsi barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır: “Hazırda bu istiqamətdə vəziyyət sabitdir və stabildir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.
 
Qeyd edək ki, bu gün bəzi KİV-də Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirdiyi qeyd olunur.

 





11.06.2014    çap et  çap et