Malik Atilay
"Yalansa fransuzki ilan vursun səni dilindən" və daha neçə-neçə frazaları, usta aktyorluğu ilə kinomatoqrafiya tariximizdə bir Səyavuş Aslan qalası var və bugün əvəzedilməz aktyorun doğum günüdü.87 il əvvəl bu gün Saray kəndində onlarla unudulmaz rola can verən Səyavuş Aslan dünyaya gəlib.
Dahi sənətkarın keşməkeşli və olduqca maraqlı həyatında bir neçə maraqlı hadisəni sizlərə təqdim edirik.
Vaqif Mustafayev "Bəyin oğurlanması" filmində səhnə canlı alınsın deyə Muxtar Manıyevə tapşırır ki, Səyavuş Aslanın xəbəri olmasın ona şillə vurulacağından. Təbii ki, bu səhnə filmdə olduqca canlı və real alınsa belə iki sənətkar arasında uzunmüddətli küsülüyün əsasını qoyub.
Tək sevdiyi qadın - Ofeliya Aslan... Onu Quba teatrına göndərildiyi vaxt görür. Bu evliliyə Ofeliya Aslanın ailəsi "Mən artistə qız vermərəm" deyə razı olmur , çar-naçar qalan Səyavuş Aslan tək sevgisini Qubadan Bakıya qaçırır.
Ekranlardan üzümüzü təbəssümə boğan usta aktyor əsl həyatda bunun əksinə ciddi, ağır təbiətli biri olub. Ağır təbiətliliklə yanaşı mərd və əliaçıq adam olub , dəfələrlə gənc aktyorların borclarını ödəyib, əlindən gəldiyincə onlara əl tutmağa çalışıb.
"Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş Aslan teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Lüftəli Abdullayevin canlandırdığı Vəli rolunu ona versin, çünki rolu əzbər bilirdi. Rola yeni heç nə qata bilməsə ustalıqla Lütfəli Abdullayevi yamsılamağı rolun öhdəsindən gəlməyinə kömək edir.
çap et