525.Az

İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 21 nəfərə müxtəlif növ yardımlar göstərib


 

 İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 21 nəfərə müxtəlif növ yardımlar göstərib <b style="color:red"></b>

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki  İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin yanvar-may aylarında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən yönləndirilmiş 21 nəfər insan alveri qurbanına 12 nəfər insan alverinin potensial qurbanına müxtəlif formada yardımlar göstərib.

Bu barədə "525-ci qəzet"ə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Qeyd olunan şəxslərdən 3 nəfərinə maliyyə yardımı  göstərilib, 4 nəfər ünvanlı dövlət sosial yardımının təyinatı üçün müvafiq rayon ƏSMM-, 2 nəfər isə məşğulluqlarının təminatı üçün Dövlət Məşğulluq Xidmətinə  istiqamətləndirilib. Habelə 6 nəfərə psixoloji, 2 nəfərə tibbi,  17 nəfərə hüquqi yardımlar göstərilib, 1 nəfər belə şəxsin övladı körpələr evi - uşaq bağçasına yerləşdirilib. Mərkəz digər şəxslərin hər biri ilə fərdi qaydada apararaq, onların bu ya digər çətinliklərinin aradan qaldırılması, reinteqrasiyası  sosial reabilitasiyası məqsədilə müvafiq tədbirlər həyata keçirib.  Eyni zamanda, insan alveri haqqında insan alveri qurbanları ilə davranış qaydaları ilə bağlı cəmiyyətdə məlumatlılığın artırılması üçün    Mərkəz tərəfindən ölkənin müxtəlif regionlarında müxtəlif formalı ictimai maarifləndirmə işləri aparılıb.

 





11.06.2014    çap et  çap et