Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 18 iyun 2014-cü il tarixdə, saat 11:00-da Fondun Mingəçevir şəhər şöbəsinin inzibati binasında Mingəçevir şəhərinin və Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
DSMF-dən verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:
Fondun Aparatında (012) 434-12-34;
Mingəçevir şəhər şöbəsində (02427) 4-18-82
Şəki rayon şöbəsində (02424) 4
-89-14
Qax rayon şöbəsində (02425) 5-44-33
Zaqatala rayon şöbəsində (02422) 5-54-07
Balakən rayon şöbəsində (02429) 5-18-46
Oğuz rayon şöbəsində (02421) 5-25-40
Qəbələ rayon şöbəsində (02420) 5-06-98
Qəbulda iştirak edəcək vətəndaşların iyunun 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Mingəçevir şəhər şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.
çap et