525.Az

Sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər


 

Sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər<b style="color:red"></b>

2014- ildə Azərbaycanda sığorta bazarının artım proqnozuna yenidən baxıla bilər.

Bu barədə jurnalistlərə Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəhbəri Namiq Xəlilov bildirib. Bundan əvvəl Dövlət Xidməti ilin yekunu üzrə bazarın artımının təxminən 15-20 faiz təşkil edəcəyini gözlədiyini bildirmişdi.

N.Xəlilov deyib: "Bu proqnozlar tərtib olunan zaman Azərbaycan Mərkəzi Bankı müvafiq sığorta polislərinin əhəmiyyətli hissəsinin satışını təmin edən avtomobil alışı üzrə kreditlərin verilməsi şərtlərinin sərtləşdirilməsinə dair qərarını dərc etməmişdi. Ona görə mən bu proqnozun yerinə yetirilməyəcəyini istisna etmirəm".

O əlavə edib ki, ilin sonuna kimi hələ kifayət qədər vaxt var bazar dirçəlməyə qadirdir.

Qeyd edək ki, 2013- ilin apreli ilə müqayisədə, ASMİS (avtonəqliyyat sahiblərinin məsuliyyətinin icbari sığortası) üzrə polislərin sayı 16,9 faiz, bu növ üzrə yığımların həcmi isə 18,9 faiz azalıb. Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. 15 şirkət İcbari Sığorta Bürosunun üzvüdür.

 





11.06.2014    çap et  çap et