525.Az

Tarixi əsərlər 92 il sonra ilk dəfə sərgiləndi - Foto


 

Tarixi əsərlər 92 il sonra ilk dəfə sərgiləndi -<b style="color:red"> Foto</b>

Qədim Yunanıstanda təbiət tanrısı adlandırılan 'Dionysos'a aid heykəl başları tapıldıqdan 92 il sonra ilk dəfə İzmir Arxeologiya Muzeyində sərgilənib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, muzey eksperti Elvan Tural Tercan bildirib ki, eksponatlardan birincisi Roma dövrünə aid 2 000 illik, ikincisi isə Ellinizm dövrünə aid 2 300 illik əsərlərdir.

Anadolunun ibtidai xalqlarının təbiət tanrısı əyləncə, teatr, sivilizasiya və sülhü təmsil edən təbiət tanrısı 'Dionysus'a aid heykəl başlarından ilki 1930-cu ildə Qədim Efes şəhərində tapılıb. Muzeyin anbarında 92 il qorunub saxlanılan artefakt ilk dəfə tarix həvəskarlarına təqdim edilib. Saçları ortadan ayrılmış, burnu sınmış, sağ qaşında zədələnmələr olan 20 santimetr uzunluğundakı heykəl foyedə, şüşələr arxasında tarixsevərləri gözləyir.

Bildirilib ki, “Dionysus” heykəlinin digər başının uzunluğu 18 santimetrdir və Ellinizm dövrünə aiddir. Muzeyə gəliş vaxtı məlum olmayan bu artefakt da qorunmaq üçün anbara qoyulmuş və ilk dəfə sərgilənib.

Malik Atilay

 





06.09.2022    çap et  çap et