525.Az

Dövlət Məşğulluq Xidməti 11 min nəfərdən çox vətəndaşı işlə təmin edib


 

Dövlət Məşğulluq Xidməti 11 min nəfərdən çox vətəndaşı işlə təmin edib<b style="color:red"></b>

Azərbaycan Respublikasının Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) orqanları tərəfindən cari ilin yanvar-may ayları ərzində 11 010 nəfər işsiz işaxtaran vətəndaş işlə təmin edilib. 

Bu barədə "525-ci qəzet"ə ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər. Bu dövrdə haqqı ödənilən ictimai işlərə cəlb olunanların sayı 493 nəfər təşkil edib. Eyni zamanda, DMX-nin  Bakı, Sumqayıt,  Gəncə Mingəçevir şəhərlərindəki Əmək birjaları tərəfindən cari ilin yanvar-may aylarında 1298 nəfərə müvəqqəti xarakterli yerlərinə göndəriş verilib. Əmək birjaları natamam günü natamam həftəsi üzrə işləyənlərin boş vaxtları ərzində əlavə qazanc əldə etmələri üçün onların qısa müddətli işlərlə təmin olunmasına köməklik göstərir. Bu məqsədlə əhalidən ayrı-ayrı adamlarından müxtəlif növ işlərin görülməsinə dair sifarişlər qəbul edilərək müvəqqəti xarakterli işlər üçün müraciət edən vətəndaşlara təklif olunur.  

 

 

 

 

 

 

 

 





11.06.2014    çap et  çap et