525.Az

Fəzail Ağamalı: "İqtidaryönlü partiyaların siyasi proseslərə təsir göstərən mərkəzləri yoxdur"


 

Fəzail Ağamalı: "İqtidaryönlü partiyaların siyasi proseslərə təsir göstərən mərkəzləri yoxdur"<b style="color:red"></b>

"İqtidaryönlü partiyaların vahid mərkəzdən hakimiyyəti müdafiə edən, siyasi proseslərə təsir göstərən mərkəzləri yoxdur". Bunu mətbuata açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı hakimiyyət yönlü partiyaların əməkdaşlıq formatının perspektivlərini şərh edərkən bildirib. O, mətbuata açıqlamasında qeyd edib ki, bu gün iqtidarı müdafiə edən, onu siyasi hakimiyyətdə reallaşdıran güclü mərkəz mövcuddur. Bu, Yeni Azərbaycan Partiyasıdır. "Bu partiya digər siyasi partiyaların köməyi, yardımı olmadan da öz siyasətini yüksək səviyyədə qurur. Onun yetərincə gücü, potensialı, bazası olduğundan iqtidaryönlü partiyaların vahid mərkəzinin yaradılmasına ehtiyac duymur", - deyə F. Ağamalı qeyd edib. Partiya sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət ölkədə cəmiyyət içərisində hakim partiyanın mövqelərini möhkəmləndirir. F.Ağamalının sözlərinə görə ölkə rəhbərinin apardığı siyasəti dəstəkləyən partiyalar da mövcuddur: "Bir sıra siyasi partiyalar Yeni Azərbaycan Partiyası ilə dövlətçilikdə, Azərbaycançılıqda, demokratik proseslərin inkişaf etdirilməsində digər fundamental məsələlərdə vahid mövqedən çıxış edir baxışlar üst-üstə düşür. Bu baxışlar sayəsində həmin partiyalar YAP-la əməkdaşlıq edir. Eyni zamanda çatışmayan məqamlarla da bağlı fikirlərini ifadə edirlər".

KAMİL

 





11.06.2014    çap et  çap et