525.Az

Millət vəkili Qənirə Paşayevanın yeni kitabının təqdimatı keçirilib - Foto 


 

Millət vəkili Qənirə Paşayevanın yeni kitabının təqdimatı keçirilib - <b style="color:red"> Foto </b>

Bərdə şəhərində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın söz sənətkarı, ədəbiyyatımızın tarixində özünəməxsus layiqli yeri olan Xurşidbanu Natəvan haqqında kitabının təqdimatına həsr olunmuş “Qarabağdan doğan günəş” adlı tədbir keçirilib. 

525.az xəbər verir ki, tədbirdə Türkiyədən ədəbiyyat, söz sənət  adamları, o cümlədən millət vəkili Fatma Yıldırım da iştirak edib. Tədbir iştirakçıları ilə bərabər Bərdə rayonunun şəhid ailələrinin üzvləri ilə birlikdə Bərdə Şəhidlər Xiyabanını ziyarət edilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi yad olunub, məzarları önünə əkili, gül dəstələri qoyulub.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində erməni terrorunun qurbanı olmuş mülki insanların xatirə kompleksini də ziyarət edilib 

Bərdə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Bərdə Mədəniyyət Evində keçirilən tədbirdə iştirak edən qonaqlarla  qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Türkiyənin “Türk Ədəbiyatı” dərgisinin baş redaktoru, yazıçı İmdat Avşar və  Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz çıxış ediblər. 

Tədbirdə Q.Paşayeva və F.Ələkbərlinin müəllifi olduğu “Qarabağdan doğan Günəş və Ay. Xurşidbanu Natəvan. Fatma xanım Kəminə”, habelə İ.Avsarın"Güverçin sevdası" kitabı qonaqlara təqdim edilib.

 

 





07.09.2022    çap et  çap et