525.Az

Tofiq Cabbarovun "BAKUBA" Qrupu


 

Tofiq Cabbarovun "BAKUBA" Qrupu<b style="color:red"></b>

Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festival çərçivəsində sentyabrın 25-də "Madrid Restobar"da tanınmış perkussiya ifaçısı Tofiq Cabbarovun "BAKUBA" qrupu çıxış edəcək.

Tofiq Cabbarovun sözlərinə görə, karyerasına "Qaya" Dövlət Orkestrində zərb alətləri ifaçısı kimi başlayıb. 1986-cı ildə Rafiq Babayevin qrupuna daxil olub. 30-dan çox ölkədə qastrol səfərində olub və bir çox beynəlxalq caz festivallarında iştirak edib. 2013-cü ildə "Peninsula" adlı ilk solo albomunu buraxıb.

 





07.09.2022    çap et  çap et