525.Az

İki qardaş ölkənin ifaçıları Bakıda eyni səhnəni bölüşəcəklər


 

İki qardaş ölkənin ifaçıları  Bakıda eyni səhnəni bölüşəcəklər<b style="color:red"></b>

Sentyabrın 19-da M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Şuşa İli" çərçivəsində "Qardaşlıq salnaməsi" adlı konsert proqramı təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, konsert zamanı Azərbaycan və Türkiyə sənətçiləri eyni səhnəni bölüşəcəklər.

Belə ki, konsertdə solistlər Nəzakət Teymurova, Teyyub Aslanov, Firuz Səxavət, Ehtiram Hüseynov, Dünya Tekin, Özlem Üngör, Zafer Albayrak, İlker Gökkaya, Mustafa Gökay Ferah çıxış edəcəklər.

Həmçinin konsertdə Əliağa Sediyevin bədii rəhbərliyi ilə "Xarıbülbül" muğam qrupu da iştirak edəcək.

 





07.09.2022    çap et  çap et