525.Az

Braziliya "iPhone" satışına qadağa qoydu


 

Braziliya "iPhone" satışına qadağa qoydu<b style="color:red"></b>

Braziliyada "iPhone" satışına qadağa qoyulub.

525.az dünya mediasına əsasən xəbər verir ki, Braziliya “Apple” şirkətinə məxsus “iPhone” telefonlarının şarj cihazı olmadan satışını qadağan edib. Məhkəmə buna əsas kimi müştərilərə natamam satış edilməsini göstərib.

Amerika şirkəti tullantıları azaldaraq ətraf mühitə qayğı göstərmək üçün təxminən iki ilə yaxın bir müddətdi ki smartfonlarını şarj cihazı olmadan satır. 

Artıq Apple şirkəti Braziliya məhkəməsinin qərarından şikayət edəcəyini bildirib.


Malik Atilay

 





08.09.2022    çap et  çap et