525.Az

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib


 

KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib<b style="color:red"></b>

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti qiymətləndirilib, ictimai siyasi vəziyyət qarşıda duran vəzifələr müzakirə edilib. Bələdiyyə seçkilərinə hazırlıqla rayon şöbələrində zona əlaqələndirmə komitələrində keçirilən yığıncaqlar görüşlər müzakirə edilərək, bəzi rayonlarda təxirə salınmış yığıncaqlarının yenidən keçirilməsi məqsədəuyğun hesab edilib.

Yığıncaq 24 iyunda keçiriləcək KXCP Ali Məclisinin gündəlik layihəsini müəyyənləşdirib. KXCP sədrinin təşkilat məsələləri üzrə müavini Xəzər Teyyubluya Ali Məclisin sessiyasına kimi partiyanın bələdiyyə seçkilərinə hazırlığının vəziyyəti haqqında arayış hazırlanması tapşırılıb. Ali Məclisin sessiyasını KXCP rayon şöbə sədrlərinin iştirakı ilə keçirilməsi qərarlaşdırılıb.

İclasda Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi ilə bağlı keçiriləcək tədbirlərə hazırlıq işlərinin vəziyyəti müzakirə edilib.

 





11.06.2014    çap et  çap et