525.Az

“Kəndə hücum edilməsi və boşaldılması barədə xəbərlərin heç bir əsası yoxdur”


 

 “Kəndə hücum edilməsi və boşaldılması barədə xəbərlərin heç bir əsası yoxdur”<b style="color:red"></b>

Bu gün bəzi saytlarda Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ kəndinin ermənilər tərəfindən hücuma məruz qalması, kəndin boşaldılması ilə bağlı informasiyalar yayılıb.

Naxçıvanın “Şərq qapısı” qəzeti əməkdaşı Elnur Kəlbizadəni həmin kəndə ezam edib. E.Kəlbizadənin Ləkətağdan APA-ya verdiyi məlumata görə, o, hazırda kənddədir: “Kəndə hücum edilməsi və boşladılması barədə xəbərlərin heç bir əsası yoxdur. Mən 4 saatdan artıqdır ki, bu kənddəyəm. Kənd də, sakinlər də, postlarımız da yerindədir. Burda olduğum müddətdə heç bir atışmanın şahidi olmadım. Kənd sakinləri də onlara hər hansı xəbərdarlığın edilmədiyini, hücum olmadığını bildirirlər”.

 





11.06.2014    çap et  çap et