525.Az

Ağsatfanın Tatlı kəndinin yeniləşmiş həkim məntəqəsinin açılışı olub


 

Ağsatfanın Tatlı kəndinin yeniləşmiş həkim məntəqəsinin açılışı olub<b style="color:red"></b>

Ağstafa rayonunun 2800 nəfərə yaxın sakinə malik Tatlı, eləcə də onun bələdiyyə ərazisinə daxil olan Köhnəqışlaq və Yaradullu kəndlərinin tibbi tələbatının yaxşılaşdırılması yönündə əhəmiyyətli addım atılıb.     

525.az xəbər verir ki, Tatlı kəndindəki Həkim Məntəqəsinin binası Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi tərəfindən əsaslı təmir olunaraq istifadəyə verilib.

Yeni tibb ocağının açılış ərasiminə Ağstafa rayonunun rəhbəri Seymur Orucov, BQXK Azərbaycandakı Nümayəndəliyinin Bərdə ofisinin əməkdaşları Oskar Daniilo Qarsia və Ruqiyyə İbrahimli, rayonun səhiyyə sahəsinin əməkdaşları, ictimaiyyət nümyanədləri, kənd sakinləri qatılıblar.
Çıxışlarda bölgələrimizdə vətəndaşların tibbi ehtiyaclarının təminatının gündən-günə yaxşılaşdırıldığı və bu işdə beynəlxalq təşkilatların dəstəyinin də əhəmiyyətli rol oynadığı vurğulanıb.

Tatlı kəndində tam yenidən qurulan Həkim Məntəqəsinin ümumi sahəsi 165 kvadratmetrdir. Burada sakinlərə müayinə, diaqnostika və müalicə yönlü tibbi xidmət göstərmək mümkün olacaq. Məntəqədə müasir normalara cavab verən manipulyasiya, müşahidə, vaksinasiya, qəbul və idarəetmə otaqları mövcuddur. Yeni tibb ocağı mərkəzləşdirilmiş istilik sisteminə də malikdir.

Zakir Muradov

 





08.09.2022    çap et  çap et