525.Az

Mebel sexində partlayış: xəsarət alanlar var


 

Mebel sexində partlayış: <b style="color:red">xəsarət alanlar var</b>

Bakı şəhərindəki mebel sexində partlayış olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda “Ocaq” ASC-yə məxsus mebel fabrikinin ərazisində yerləşən, ümumi tutumu 50 kub.m olan taxta yonqarı bunkerində yanğınla nəticələnən partlayış baş verib.
 
Yanğın nəticəsində  bunkerin içərisində və altına yığılmış taxta yonqarı,  taxta məmulatları 25 kv.m sahədə yanıb. Partlayış  zamanı şəxsiyyətləri  məlum olmayan 4 nəfər fəhlə müxtəlif dərəcəli xəsarətlərlə yanğın bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən Yanıq Mərkəzinə və 1 saylı Mərkəzi Klinik xəstəxanasına aparılıblar.
 
Mebel fabriki və əraziyə yığılmış taxta məmulatları yanğından mühafizə olunub. Yanğın saat 14:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

 





11.06.2014    çap et  çap et