525.Az

İranlı nazir Ağbənd körpüsünün təməlqoyma mərasiminə qatılacaq


 

İranlı nazir Ağbənd körpüsünün təməlqoyma mərasiminə qatılacaq<b style="color:red"></b>

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi Rusiya və Azərbaycan ilə birgə iclasda iştirak etmək üçün bu gün Bakıya gəlib.

525.az-ın məlumatına görə, 3 günlük səfər zamanı R. Qasemi nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

Bundan əlavə, Azərbaycandan İran vasitəsilə Naxçıvana çəkiləcək yeni tranzit xəttinin - Ağbənd körpüsünün təməlqoyma mərasimində iştirak edəcək.

 





09.09.2022    çap et  çap et