525.Az

Əməkdar artist xəstəxanaya yerləşdirildi


 

Əməkdar artist xəstəxanaya yerləşdirildi<b style="color:red"></b> Əməkdar artist Xanım Qafarovanın səhhətində ciddi problem yaranıb.

Lent.az-ın aznews.az-a istinadən məlumatına görə, X.Qafarovanın iki gün əvvəl Onkoloji Mərkəzinə yerləşdirilib. Ailəsindən bildiriblər ki, o artıq yeriyə bilmir: “Xanımın səhhətində ciddi narahatlıq yarandı. Gözlənilmədən qanı aşağı düşdü, iştahadan kəsildi. Bu da onun yerimək qabiliyyətini itirdi. Bu səbəbdən də Xanımı xəstəxanaya aparmaq məcburiyyətində qaldıq”.
 
Ailəsindən o da qeyd olunub ki, hazırda ciddi müalicə prosesi gedir: “Müalicə yaxşı nəticə versə, o, Türkiyəyə müayinəyə gedəcək”.
 
X.Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla bağlı 3 dəfə əməliyyat olunub və Türkiyədə müalicə kursu keçib.
 
 





11.06.2014    çap et  çap et