525.Az

Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb - Yenilənib


 

Naxçıvanda dəhşətli yol qəzası olub, 5 nəfər ölüb, 4 nəfər yaralanıb - <b style="color:red">Yenilənib</b>

Naxçıvanda baş verən dəhşətli yol qəzasında ölənlərin və yaralananların adları məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hərbi yük maşını ilə minik avtomobilinin toqquşması nəticəsində minik avtomobilində olan 5 nəfər - Kübra Əliyeva, Ümid Əliyev, Uğur Əliyev, Hüseyn Hüseynov və Güllü Hüseynova hadisə yerindəcə keçiniblər.
 
Minik avtomobilində olan digər iki nəfər - Elmar Fətəliyev və Xəyalə Hüseynova, həmçinin yük maşınında olan müddətdən artıq xidmət edən hərbi qulluqçular - Elşən Şirinov və Urfan Həsənov xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
 
* * *
 
11 İyun 2014 20:13
 
Bakı. Hafiz Heydərov - APA. Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən “KamAZ” markalı hərbi maşın minik avtomobili ilə toqquşub.
 
Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb. Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin arasında azyaşlı da var.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınında olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.

 





12.06.2014    çap et  çap et