525.Az

Bakıda NATO-nun təlim kursu keçirilir


 

Bakıda NATO-nun təlim kursu keçirilir<b style="color:red"></b>

Bakıda NATO-nun "Sülh və təhlükəsizlik naminə elm proqramı" çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün "Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu" keçirilir.

Müdafiə Nazirliyindən 525.az-a verilən xəbərə görə, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda praktiki qrup çalışmaları yerinə yetirilir.

 





09.09.2022    çap et  çap et