Yeni dərs ili yaxınlaşdıqca bizi sevindirən məqamlarla bərabər nigarançılığa əsas yaradan nüanslar da ortaya çıxır. Ötən illər yaşanan məktəbli intiharlarından sonra hamımızı eyni fikir narahat edir: bu faciənin kökündə nə dayanır?
Yaşananlara görə birbaşa məktəbi, ya da valideynləri suçlu sayıb "günah keçisi" axtararmaqla çıxış yolu tapa bilmərik. Əslində burada hər iki tərəf günahkardır, hamımız günahkarıq.
Əziz müəllimlər, əziz valideynlər, uşaqlarınızı, uşaqlarımızı dinləyək. Bir dəfə ilə alınmırsa, beş dəfə dinləyək. Uşaqlarınızla, uşaqlarımızla söhbət edək, bir dəfə ilə alınmırsa, beş dəfə söhbət edək. Amma onların bizə sakitcə demək istəyib deyə bilmədiyi sözlərinin bir parça intihar məktubu kimi bizə geri dönməsinə icazə verməyək.
Faşist düşərgəsindən sağ çıxan bir yahudi əsir qeydlərində yazırdı ki: "Mən orada çox yaxşı kimyaçılar, fiziklər, həkimlər gördüm - bizə işgəncə verən, üstümüzdə sınaqlar aparan adamlar. O vaxt anladım ki, məktəblərin əsas vəzifəsi işində usta həkimlər, kimyaçılar yetişdirmək deyil, insan yetişdirməkdir".
Qarşıdan gələn dərs ilində məktəbli intiharlarıyla bağlı xəbər başlıqları görməmək ümid ilə...
çap et