525.Az

“Milli Kitab Sərgisi”nin tarixi bəllidir” – Şahbaz Xuduoğlu


 

“Milli Kitab Sərgisi”nin tarixi bəllidir” – <b style="color:red"> Şahbaz Xuduoğlu</b>

Ötən il oktyabrın 1-də start verilən, “Qanun” nəşriyyatının təşkilatçılığı ilə baş tutan “I Milli Kitab Sərgisi” oxucular tərəfindən maraqla qarşılanmış, minlərlə insanı cəlb edə bilmişdi. 

 “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlunun 525.az-a verdiyi məlumata görə, növbəti “Milli Kitab Sərgisi”nin bu ilin 24 sentyabr-1 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulur: “Növbəti “Milli Kitab Sərgisi” ilə bağlı çoxlu müraciətlər alıram. Artıq tarix bəllidir: 24 sentyabr-1 oktyabr… Bu dəfə daha möhtəşəm bir sərgi görəcəksiniz; bir-birindən maraqlı görüşlər, kitab müzakirələri, oxu saatları, konsert proqramları, sənət adamları ilə görüşlər, imza saatları və s. Əziz dostlar, bilirəm, sərgi və sərgidəki mühit üçün, kitab ətrafında olan söhbətlər üçün darıxmısınız. Kitab sərgiləri məhz bu cəhətinə görə digər sərgilərdən fərqlənir”. 

Naşir bildirib ki, artıq sərgiyə hazırlıqlar başlanılıb: “Bu sərgidə çox böyük endirimlər olacaq. Bütün axtardığınız kitabları məhz “Milli Kitab Sərgisi”ndə tapacaqsınız; köhnə, yeni, hər növ janrda və hər kəs üçün; uşaq, böyük, məktəbli, tələbə və s. “Milli Kitab Sərgisi”nə hazırlıq başladı. Bütün iştirakçılara şərtlərlə bağlı əlavə məlumat veriləcək. Sərgi ürəyinizcə olsun deyə təklif və arzularınızı bildirin”.

Qeyd edək ki, “Milli Kitab Sərgi”sinin Bakı İdman Sarayında keçirilməsi nəzərdə tutulur.

Nadir Yalçın
 

 





09.09.2022    çap et  çap et