525.Az

İraqdakı yaraqlılar: “Türkləri qaçırmamışıq”


 

İraqdakı yaraqlılar: <b style="color:red">“Türkləri qaçırmamışıq”</b> “İraq Şam İslam Dövləti” (“İraq və Levante İslam Dövləti”) terror təşkilatı Türkiyənin Mosuldakı konsulluğuna basqın etdiklərini əməkdaşlarını və baş konsul Öztürk Yılmazın da girov götürüldüyü haqda xəbər yayılıb.
 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, kosul 25 nəfərlə birlikdə qaçırıldığını bildirib. Mənbə girovda olanların sağlıq durumunun normal olduğu haqda xəbər yayıb.
 
 
Terror təşkilatı “tvitter” səhifəsində yaydığı açıqlamada bildirib: “Türkləri qaçırmamışıq. Sadəcə sorğu-sual proseduru bitənə qədər güvənli bir yerə götürülüblər. Əgər onlar “İraq Şam İslam Dövlətinə” qarşı bir suç işlətməyibsə, sərbəst buraxılacaq”.
 
Mosulun valisi Esil ən - Nuceyfi yardım üçün Türkiyəyə müraciət edib: “Bu durumun öhdəsindən gələ bilməyimiz üçün Türkiyənin yardımına ehtiyacımız var”.
 
Vali Ərbildə keçirdiyi mətbuat konfransında terrorçuların Mosulu təkbaşına ələ keçirmədiklərini, onlara başqa kiçik silahlı qrupların yardım etdiyini söyləyib: “Əlimizdə Suriyadakı rejimlə “İraq Şam İslam Dövləti” arasında iş birliyi və əlaqələrini təsdiqləyən məlumatlar var”.
 
Türkiyənin hökumət rəsmisi deyib ki, oğurlanan adamları “İraq və Levante İslam Dövləti” təşkilatının Mosuldakı qərargahına aparıblar. Onların hamısının durumu yaxşıdır.

 

 





12.06.2014    çap et  çap et