525.Az

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 86-a çatıb


 

Çində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 86-a çatıb<b style="color:red"></b>

Çinin qərbindəki Siçuan əyalətində sentyabrın 5-də baş verən (6,8) bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 86-ya yüksəldib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əyalət rəhbərliyindən verilən açıqlamada zəlzələnin episentrində 50, qonşu Yaan şəhərində isə 36 nəfər həyatını itirib. İndiyədək 86 nəfərin ölüb, 270 nəfərin yaralanıb, 35 nəfər isə hələ də yeri məlum deyil. Zəlzələ nəticəsində Qanzi və Yaanda yaşayış binaları uçub, elektrik, nəqliyyat və telekommunikasiya infrastrukturlarına ziyan dəyib.

Fəlakət bölgəsində yolların bağlanması, zəlzələlər, güclü yağış və sürüşmə riski səbəbindən xilasetmə və yardım tədbirlərini həyata keçirmək çətindir. Mobil məlumat mənbələrindən əldə edilən əhalinin sıxlığı məlumatlarına əsasən, zəlzələnin episentrindən 20 kilometr aralıda 39 min, 50 kilometrdə 330 min, 100 kilometrdə isə 1,55 milyon insan yaşayır.

Qeyd edək ki, Himalay dağlarının uzantısında geniş qırılma xəttində yerləşən Siçuan əyaləti Çində güclü zəlzələlərin ən çox yaşandığı bölgələrdən biridir. 2008-ci ildə Qingdudan 80 kilometr aralıda baş verən (8,2) bal gücündə zəlzələdə 69 min insan həyatını itirmişdi. 2013-cü ildə isə Yaan şəhəri yaxınlığında baş verən 7 bal gücündə zəlzələ 200-ə yaxın insanın ölümünə səbəb olub.

Məhəmməd Tağıyev

 





09.09.2022    çap et  çap et