525.Az

Hindistan sürətli cavab raketini sınaqdan keçirib


 

Hindistan sürətli cavab raketini sınaqdan keçirib<b style="color:red"></b>

Hindistan Odişa əyalətinin şərqində Yerdən Havaya Sürətli Cavab Verən Raketi (QRSAM) sınaqdan keçirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sınaq atəşi Müdafiə Araşdırmaları və İnkişaf Təşkilatı (DRDO) və Hindistan ordusu tərəfindən birgə həyata keçirilib. Raket sistemlərinin imkanlarının qiymətləndirilməsi məqsədilə müxtəlif növ təhdidlərə və yüksək sürətli hava hədəflərinə sınaq atışlarının uğurla həyata keçirildiyi qeyd edilib. 
Sınaq zamanı uzun, orta və qısa mənzilli yüksək hündürlükdə manevr hədəflərinə qarşı 6 raketin atıldığı bildirilib. Sınaq atışlarında izləmə, atış, vurma və idarəetmə mexanizmlərinin dəqiqliyi kimi hədəflənmiş nəticələrin tam şəkildə əldə edildiyi bildirilib və "QRSAM"ın hərəkətdə olan atıcılardan sürətlə atəşə tutula bildiyi paylaşılıb.

Qeyd edək ki, qurudan havaya atəş edə bilən "QRSAM"ın qısa müddətdə Hindistan ordusunun istifadəsinə verilməsi gözlənilir.

Məhəmməd Tağıyev

 

 





09.09.2022    çap et  çap et