İngiltərənin paytaxtı Londonda yerləşən Müqəddəs Pavel Kafedralı 96 yaşında vəfat edən Kraliça II Elizabetin xatirəsini yad edib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəng çalınan zaman kilsənin ətrafında çoxlu polis və din xadimləri olub. Eyniadlı kilsədə Kraliçanın xatirəsinə gün ərzində hər yarım saatdan bir zəng çalınacaq. Bundan əlavə, axşam saatlarında kafedralda Böyük Britaniyanın baş naziri Liz Trass və yüksək vəzifəli dövlət rəsmilərinin iştirak edəcəyi anım mərasimi keçiriləcək.
Mərasimdə vətəndaşlardan yalnız iki min nəfər iştirak edə biləcək.
Məhəmməd Tağıyev