525.Az

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub


 

Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub<b style="color:red"></b>

Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Bölmələrimizin adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

 





11.09.2022    çap et  çap et