525.Az

Türkiyə, Yunanıstan və Misir turist "ovuna" çıxdı


 

Türkiyə, Yunanıstan və Misir turist "ovuna" çıxdı<b style="color:red"></b>

Türkiyə, Yunanıstan və Misir avropalı təqaüdçülərin qazın bahalaşması səbəbindən qışı keçirmək üçün ölkədən çıxmağını gözləyirlər.

525.az dünya mediasına istinadən xəbər verir ki, bu qış Türkiyə, Yunanıstan və Misir avropalı pensiyaçıları qarşılamaq üçün yarışacaq. Məlum olduğu kimi, Rusiya qazının Avropa İttifaqına tədarükünün dayandırılması fonunda bir çox Avropa ölkələrində enerjiyə qənaət sisteminə keçilib. 

Bu səbəbdən bəzi ölkələr isti iqlimlərə köçmək istəyən avropalılar üçün  "qış evi" olmaq iddialarını açıqlayıblar. İlk "ov" Aİ-də təxminən sayı 150 milyon olan təqaüdçülər üçündür nəzər tutulub. 

Ötən illə müqayisədə Türkiyə yaxın aylarda Aİ-dən iki dəfə çox turist qəbul etməyi planlaşdırır. Qeyd edilir ki, Türkiyədə hər şey daxil oteldə qalmaq Almaniyada istilik xərclərinin yarısı qiymətinə başa gələcək. Bir milyon alman turist qışda Türkiyəyə gələ bilər. 

Misirdə də avropalıları gözləyirlər. Onlar təqaüdçüləri cəlb etməyə yönəlmiş “qışda uzun müddət qalmaq” proqramını işə salmağa hazırlaşırlar.

Turizm sektorunda Yunanıstan da geri qalmayıb. "Hava yaxşıdır, həyat daha ucuzdur", - sloqanı ilə çıxış edən ölkənin turizm naziri Vassilis Kikilias Aİ sakinlərini köçməyə belə həvəsləndirir.

Malik Atilay

 





11.09.2022    çap et  çap et