525.Az

Yusif Vəzir Çəmənzəminli haqqında silsilə materiallar hazırlanıb


 

Yusif Vəzir Çəmənzəminli haqqında silsilə materiallar hazırlanıb<b style="color:red"></b>

Görkəmli yazıçı, dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri olmuş Yusif Vəzir Çəmənzəminlinin anadan olmasından 135 il ötür.

525.az xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə yazıçının həyat və fəaliyyətinə həsr edilmiş  silsilə materiallar-videoçarx, virtual kitab sərgisi və biblioqrafik siyahı hazırlayıb. “Yusif Vəzir Çəmənzəminli” adlı videomaterial və virtual sərgidə onun həyat və yaradıcılıq fəaliyyəti, əsərləri haqqında geniş məlumatlar öz əksini tapıb. Materiallarda ədibin “Qızlar bulağı” , “Bir gəncin dəftəri” və s. əsərlərinin qısa məzmunu ilə yanaşı, “Əli və Nino”, “İki od arasında”, “Studentlər” əsərləri haqqında da məlumat verilir. Biblioqrafik siyahıda isə Çəmənzəminlinin ədəbi fəaliyyəti ilə yanaşı, görkəmli şəxslərin onun haqqında söylədikləri fikirlər, 10-dan çox kitabının biblioqrafik təsviri və kitab sərgisi əks olunub.

Hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.

 





12.09.2022    çap et  çap et