525.Az

Lənkəranda iki qardaş çayda boğulub


 

Lənkəranda iki qardaş çayda boğulub<b style="color:red"></b>

Lənkəranda iki qardaş çayda çimərkən boğulub.

Bu barədə məlumatı APA-nın cənub bürosuna Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun rəhbəri İlkin Ağayev verib.
 
Onun sözlərinə görə, Lerik rayon sakinləri  iki qardaş – 21 yaşlı Şadman və 23 yaşlı İlqar Zakir oğlu əsgərovlar ötən gün axşam saatlarında Lənkərançayın rayonun Velədi kəndindən  keçən hissəsində çimərkən boğulub.
 
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Cənub Dalğıc Qrupunun dalğıclarının səyləri ilə qardaşların meyiti bu gün səhər saatlarında aşkar olunaraq aidiyyəti yerə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

 





12.06.2014    çap et  çap et