525.Az

Bakıda avtomobil oğurlayan şəxs tutulub


 

Bakıda avtomobil oğurlayan şəxs tutulub<b style="color:red"></b> Bakıda avtomobil oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən xəbərə görə, iyunun 10-da Türkan qəsəbəsi Üzümçülük küçəsində Bakı sakini Mübariz Əliyevə məxsus “Hyundai-Excel” markalı avtomobil qaçırılıb.
 
Xəzər Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölüyü və 1-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurlanmış avtomobil iyunun 11-də Türkan qəsəbəsi Xanlar küçəsinin yaxınlığında saz vəziyyətdə tapılıb.
 
Avtomobili qaçıran Bakı sakini, 42 yaşlı Mehdi Vəliyev isə tutulub.
 
Faktla bağlı araşdırma aparılır.
 





12.06.2014    çap et  çap et