525.Az

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib


 

İran XİN Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib<b style="color:red"></b>

İran Xarici İşlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədindəki gərginliyə münasibət bildirib.

525.az-ın xəbərinə görə, nazirliyin rəsmi nümayəndəsi Naser Kənani deyib ki, rəsmi Tehran iki ölkə sərhədindəki gərginlikdən narahatdır.

“Tərəflər təmkinli olmaldır. Gərginlik sülh və beynəlxalq hüquq əsasənda həllini tapmalıdır”, - o söyləyib.

N.Kənaninin sözlərinə görə, sərhəddəki hansısa dəyişiklik İran üçün qəbuledilməzdir: “Biz hadisələri yaxından izləyirik. Hər 2 ölkənin ərazi bütövlüyünə hörmət edilməsi vacibdir. Rəsmi Tehran 2 ölkə arasında mübahisələrin həlli üçün hər cür yardım göstərməyə hazırdır”.

 





13.09.2022    çap et  çap et