525.Az

Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb


 

Kəlbəcər və Laçın istiqamətində bölmələrimiz artilleriya atəşinə məruz qalıb<b style="color:red"></b>


Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.

Müdafiə Nazirliyindən (MN) 525.az-a verilən xəbərə görə, bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür.

"Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", - qeyd olunub.

 





14.09.2022    çap et  çap et