525.Az

Azərbaycanın Yaponiyadakı səfiri “International Artists Centre” aylıq bülleteninə müsahibə verib


 

Azərbaycanın Yaponiyadakı səfiri “International Artists Centre” aylıq bülleteninə müsahibə verib<b style="color:red"></b>

Tokio, 12 iyun (AzərTAc). Yaponiyanın “International Artists Centre” (Beynəlxalq İncəsənət Mərkəzi) təşkilatının aylıq bülletenində Azərbaycanın ölkədəki səfiri Gürsel İsmayılzadənin müsahibəsi dərc edilib.

Qeyri-kommersiya təşkilatı olan “International Artists Centre” 1960-cı ildə yaradılmışdır və məqsədi beynəlxalq müstəvidə mədəniyyət mübadiləsinə, qarşılıqlı anlaşmaya və dünyada sülhün təmin olunmasına töhfə verilməkdir.

Bu məqsədlə təşkilat Yaponiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərlə əməkdaşlığa xüsusi diqqət yetirir.

Müsahibədə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı, zəngin təbii ehtiyatları, neft hasilatı tarixi haqqında məlumat verilib. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən və 1991-ci ildə Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsindən söhbət açılıb, ölkəmizin son illər əldə etdiyi böyük uğurlar barədə məlumatlar öz əksini tapıb.

Müsahibədə Bakıda anadan olmuş tanınmış musiqiçi, violonçel ifaçısı və dirijor, ictimai xadim Mstislav Rostropoviç və məşhur kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge haqqında məlumatlara da yer verilib.

Ölkəmizin mədəniyyət və incəsənət nümunələri, Azərbaycanda istehsal olunan şərab məhsulları haqqında məlumatlar da müsahibədə öz əksini tapıb.

Yapon və ingilis dillərində dərc edilmiş müsahibəni

www.d1.dion.ne.jp/~iactokyo/furyu/furyu_28.pdf , www.d1.dion.ne.jp/~iactokyo/furyu/furyu_28_english.pdf internet ünvanlarında oxumaq olar.

 





12.06.2014    çap et  çap et