525.Az

“Beynəlxalq qurumların Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya verməsini tələb edirəm”


 

“Beynəlxalq qurumların Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya verməsini tələb edirəm”<b style="color:red"></b>

“Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti bu gün də davam edir”.

525.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatı bununla bağlı bütün beynəlxalq təşkilatlara müraciət edib:

“Beynəlxalq qurumlardan tələb edirəm ki, Ermənistanın bu təcavüzünə qarşı dərhal sərt reaksiya versin. Onların bu gün də davam edən işğalçı siyasətinə son qoyulmalıdır. Ermənistanın təxribatının qarşısının alınması nəticəsində 50 övladımız şəhid olub. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm, qazilərimizə şəfa diləyirəm”.

 

 





14.09.2022    çap et  çap et