525.Az

Gürcüstan XİN Azərbaycan və Ermənistana vasitəçilik təklif edib


 

Gürcüstan XİN Azərbaycan və Ermənistana vasitəçilik təklif edib<b style="color:red"></b>

Biz Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hərbi eskalasiyanı və bunun nəticəsində yaranmış münaqişə vəziyyətini böyük narahatlıqla izləyirik.

525.az-ın xəbər verir ki, Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında belə qeyd olunub.

“Qarşıdurmalar zamanı zamanı ölən və yaralananların olması barədə məlumatlar var. Tərəflərin danışıqlar masasına gətirilməsi və (vəziyyətin) daha da gərginləşməsinin qarşısının alması təmin edilməlidir. Qarşıdurmaların istənilən yüksəlişi bütövlükdə regionun təhlükəsizliyinə nəzərə çarpan dərəcədə mənfi təsir göstərəcək. Bu baxımdan gərginliyin aradan qaldırılması və dialoqun bərpası üçün beynəlxalq ictimaiyyətin birgə səyləri xüsusi əhəmiyyət kəsb edir. Gürcüstan münaqişə tərəfləri arasında dialoqa ev sahibliyi etməklə regionda sülh və sabitliyin bərpası prosesində fəal iştirak etməyə sadiqdir”, - deyə Nazirliyin açıqlamasında bildirilib.

 





14.09.2022    çap et  çap et