525.Az

“Türkiyənin Azərbaycanla həmrəyliyindən narahat olanlar var”


 

 “Türkiyənin Azərbaycanla həmrəyliyindən narahat olanlar var”<b style="color:red"></b>

“Bu gün Azərbaycanla həmrəylik içində olmağımızdan narahat olanlar var”.

525.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) dəstəyi ilə Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş “Türkiyə nizamsızlıq çağında sabitləşdirici güc kimi” adlı kitabının təqdimatında deyib.

O bildirib ki, bu gün Türkiyənin maraqları ilə bütün insanlığın maraqları üst-üstə düşməkdədir: “Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə əldə edib. Bu zəfərdə Prezident İlham Əliyevin əməyini unutmamalıyıq. Bu gün diplomatiyada qazanılan qələbə Qarabağda meydanda, döyüşdə zəfərdə qazandığımıza görədir. Gələcəkdə də bölgədəki bütün dövlətlərin konstruktiv addımlar atması bütün bölgənin xeyrinə olacaq”.

F. Altun BMT TŞ-nin üzvləri arasında müsəlman ölkələrinin, Afrika ölkələrinin olmamasına da diqqət çəkib: “XX əsrin ortasından etibarən dövlətlər arasında olan müharibələrdə azalma müşahidə edilsə də, terror hücumları, terrorçuların təxribatları artmaqdadır. Biz bu terror hücumlarından çox böyük zərərlər görən ölkəyik. Biz bu gün terrorla mübarizə yolunu seçmişik.

 





14.09.2022    çap et  çap et