525.Az

Çexiya XİN Azərbaycan və Ermənistanı danışıqlara çağırıb


 

Çexiya XİN Azərbaycan və Ermənistanı danışıqlara çağırıb<b style="color:red"></b>

Çexiya Azərbaycan-Ermənistan sərhədində baş verən və təəssüf ki, insan tələfatı ilə nəticələnən yeni döyüşlərdən narahatdır. Heç bir hərbi toqquşma Cənubi Qafqaza davamlı sülh gətirə bilməz.

525.az xəbər verir ki, bu barədə Çexiya Xarici İşlər Nazirliyi “Twiter” səhifəsində yazıb.

Rəsmi Praqa danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.

 





14.09.2022    çap et  çap et