525.Az

"AMAY"ın rəhbərinin həbs müddəti uzadılıb


 

"AMAY"ın rəhbərinin həbs müddəti uzadılıb<b style="color:red"></b>

"AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin həbs müddəti uzadılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Əkbər Bağırov bildirib ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə A.Abdullayev barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Vəkil həmin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı  məlumata görə, İqtisadiyyat Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. İlkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə ya israf etmə) 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddələri ilə cinayət işi başlanıb.

 Aparılmış istintaqla 2006-2008-ci illərdə "Birlikbank" ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaitin özü tərəfindən müəyyən edilməklə ayrı-ayrı hüquqi şəxslərin müvəkkil edilmiş kredit təşkilatı olan "Birlikbank" ASC- açdırdığı hesablaşma hesablarına köçürülməsinə nail olaraq həmin vəsaiti faktiki rəhbəri olduğu "AMAY" MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf etməklə  dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmasında özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilmiş barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda üzrə istintaq davam etdirilir.

 





12.06.2014    çap et  çap et