525.Az

"5-10 adam yığışıb bir qurum yaradırsa, bunu niyə dövlət maliyyələşdirməlidir?"


 

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun "525"ə müsahibəsi.

"5-10 adam yığışıb bir qurum yaradırsa, bunu niyə dövlət maliyyələşdirməlidir?"<b style="color:red"></b>

Nizami Cəfərov: "5-10 adam yığışıb bir qurum

- Nizami müəllim, bir necə gün öncə parlamentin yaz sessiyası başa çatdı. İyun ayında isə növbədənkənar sessiya dövründə cəmi iki-üç iclas keçiriləcək. Yaz sessiyasının əvvəlində komitənizin ilk iclasında xeyli qanun layihələri - "Yaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqında", "Adlar soyadlar haqqında", "Muğam sənəti haqqında", "Aşıq sənəti haqqında" sairə barədə geniş danışılsa da, onların parlament müzakirələrinə çıxarılmasının vacibliyi qeyd olunsa da, ancaq sessiya dövründə onlardan bir xəbər çıxmadı belə görünür ki, növbədənkənar sessiyada da onların müzakirələrə təqdimatı gözlənilmir. Bu baxımdan bilmək istərdik ki, adları çəkilən sənədlərin taleyi necə oldu ya olacaq?

- Adını çəkdiyiniz qanun layihələri yaz sessiyasında parlament müzakirələrinə ona görə çıxarılmadı ki, bu məsələlərdə müzakirə olunmalı məqamlar çox idi. Eyni zamanda, yaz sessiyasında belə oldu ki, bizim komitə üzvlərinin çoxu müxtəlif tədbirlərdə - Avropa Şurasında, sonra başqa tədbirlərdə iştirak etdilər. Elə mən bəzi tədbirlərdə oldum. Yəni, davamlı olaraq o məsələlərə ən azı komitəmizin iclasları səviyyəsində baxa bilmədik. Amma hər halda indi bu məsələlərlə bağlı müzakirələr gedir, davam edir, komitə üzvləri hamısı həmin məsələlər üzərində işləyirlər. Növbədənkənar sessiyaya gəlincə, bu sessiyada yəqin ki, bir ya iki iclas olacaq ki, o da xüsusi məsələlər var ki, onlara həsr olunacaq. Bu baxımdan, çox güman ki, haqqında söhbət gedən məsələlərə, qanun layihələrinə növbəti payız sessiyasında baxacağıq...

- Yuxarıda adları çəkilən qanun layihələrindən hansının payız sessiyasının müzakirələrinə çıxarılması daha çox gözlənilən, ehtimal olunandır şəxsən özünüz onlardan hansının müzakirəsini, qəbulunu daha vacib sayırsınız?

- Biz Mədəniyyət komitəsi olaraq onların hər birinin müzakirəsini qəbulunu istəyirik. Təbii ki, əgər onların hər biri üzərində gedirsə, o zaman hamısı bizim üçün maraqlı əhəmiyyətlidir. Amma onların içərisində daha çox birinci planda yaradıcı şəxslərlə yaradıcılıq ittifaqları məsələsi dayanır ki, ilk öncə onun üzərində düşünmək lazımdır. Doğrudur, orada da bir xeyli problemlər var, amma bununla belə, bu məsələ çox əhəmiyyətli məsələdir. Çünki bu gün Azərbaycanda gedən yaradıcı işlərlə bağlı həqiqətən normal bir qanunvericilik lazımdır. Onları, istər yaradıcı şəxsləri, istərsə ənənəsi, tarixi olan yaradıcılıq təşkilatlarını qeyri-hökumət təşkilatları səviyyəsində mövcud qanunla idarə etmək, tənzimləmək mümkün deyil. Onların xüsusi statusu var. Bununla belə, doğrudur, o yöndə mövcud qanunlara da çox böyük ehtiyac var yaradıcılıq ittifaqları özləri elə müəyyən mənada qeyri-hökumət təşkilatlarıdır. Amma yenə deyirəm, onların xüsusi statusu var. Belə olan halda da məsələ yenə gəlib çıxır maliyyə problemlərinin üzərinə. Mən onu da dəfələrlə demişəm ki, ənənəsi, tarixi olan yaradıcılıq ittifaqları ilə yanaşı, yeni yaradıcılıq ittifaqlarının yaranmasının qarşısını almaq, bu məsələni məhdudlaşdırmaq olar, bütün yaradıcılıq ittifaqlarının hamısını maliyyələşdirmək mümkündür, əslində heç buna ehtiyac da yoxdur. İkinci planda, əlbəttə, muğam sənəti aşıq sənəti ilə bağlı qanun layihələri dayanır ki, onların da müzakirəsi qəbulu çox vacibdir. Bu baxımdan, düşünürəm ki, onların ikisini yəqin ki, eyni vaxtda müzakirə edəcəyik, çünki bunlar prinsipcə eyni məsələlərdir. Yeri gəlmişkən, komitəmiz, konkret olaraq, millət vəkili Leyla Abdullayeva tərəfindən başqa bir qanun layihəsi hazırlanır ki, bu da "Kulinariya mədəniyyəti haqqında" qanun layihəsidir. Bu qanun üzərində çox gərgin gedir yəqin ki, o zamana, payız sessiyasına qədər bu da tamamlanacaq. O ki qaldı adlar soyadlarla bağlı qanun layihəsinə, düşünürəm ki, bu sahədə hər halda bir layihə sistemi hazırlanmalıdır, onun üçün tələsmək lazım deyil. Ona görə ki, bu məsələyə hökumətdə baxılır, Xüsusi Komissiya da adlar soyadlar barədə konsepsiyanı işləyib hökumətə təqdim edib. Yəni, bu konsepsiya qəbul olunandan, hökumət tərəfindən təhlil olunub hüquqi tərəfləri müəyyənləşdiriləndən sonra bu yöndə müvafiq qanunun üzərində daha fəal işləyə bilərik.

- Nizami müəllim, komitənizin üzərində işlədiyi qanun layihələri, ümumən əksər qanunlar, maliyyə tutumludur bu səbəbdən bəzən onların müzakirəsi, qəbulu çətin olur, illərlə gecikir, yubanır. Bu baxımdan, məsələn, maliyyə tutumlu olan "Yaradıcılıq təşkilatları yaradıcı şəxslər haqqında" qanun layihəsinin qəbulu yönündə bağlı Maliyyə Nazirliyi ilə hansısa ortaq nəticəyə gəlmisinizmi? Eyni zamanda, artıq belə söhbətlər gəzir ki, hökumətdən guya tapşırıq gəlib ki, parlament maliyyə tutumlu qanun layihələrinin müzakirəsi qəbulunu bir növ arxa plana - ikinci plana keçirsin...

- İnanmıram ki, parlamentə bu yöndə hər hansı göstəriş versinlər. Parlament Konstitusiya əsasında fəaliyyət göstərir, ayrıca-müstəqil hakimiyyət qoludur istər-istəməz bütün qanunlarda az ya çox dərəcədə maliyyə məsələsi olur. bu da təbii ki, müzakirə olunması, hökumətlə razılaşdırılması dünya praktikasında olan qaçılmaz bir məsələdir.

Yəni, burada hər bir məsələ müzakirə olunmalıdır. Eyni zamanda, onlar gələcəkdə büdcədə şəkildə qərarlaşdırılmalıdır, mütləq nəzərə alınmalıdır. Çünki bu məsələləri biz bir neçə səviyyədə müzakirə edirik. Büdcə müzakirə olunanda edirik, hökumətin hesabatında edirik. Bu ya başqa sahəyə aid qanunlar qəbul edəndə edirik. Bunsuz mümkün deyil, çünki dövlət, hökumət vahid bir orqanizmdir. O ki qaldı Maliyyə Nazirliyi ilə bizim bu məsələni müzakirə etməyimizə, bu, tamamilə təbiidir. Özü burada mürəkkəblik Maliyyə Nazirliyi tərəfindən, komitə ya parlament tərəfindən yaradılır. Sadəcə, burada məsələnin qoyuluşu düzgün olmalıdır. Məsələn, bizim birinci halda təklifimiz budur ki, dövlət bütün yaradıcılıq ittifaqlarını, yaradıcılıq təşkilatlarını maliyyələşdirir. Burada da sual belə çıxa bilər ki, niyə dövlət maliyyələşdirməlidir? Yəni, dünyanın praktikasında var ki, hansısa yaradıcılıq ittifaqı yaranırsa, özü-özünü maliyyələşdirməlidir. Çünki orda üzvlük haqları məsələsi, başqa məsələlər var.  İndi bizdə təcrübə elə gətirib ki, faktiki olaraq, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı sair, bir neçə belə tarixi təcrübəsi olan bizim mədəniyyətimizə çox böyük töhfələr vermiş qurumlar maliyyələşdirilir. Bu, əslində sovet dövründən qalan bir ənənədir. Onlar faktiki olaraq maliyyələşdirilir təbii ki, Maliyyə Nazirliyi buna etiraz edə bilməz. Bu bizim dövlət quruculuğumuzda olan bir siyasətdir, ümummilli liderimizin möhkəmləndirdiyi bir hadisədir. Çünki nəzərə alaq ki, müəyyən bir dövrdə, ötən əsrin 80-ci illərinin sonu 90- illərinin əvvəllərində bu maliyyə kəsilmişdi. Misal üçün, Azərbaycan ədəbiyyatına həmişə çox böyük xidmət etmiş "Ədəbiyyat" qəzeti, "Azərbaycan" jurnalı, "Ulduz" jurnalı çox mürəkkəb vəziyyətə düşmüşdü. Hətta, bir müddət yubanmalarla çıxırdılar. Eləcə Yazıçılar İttifaqının özünün, onun aparatının maliyyələşdirilməsi çətin vəziyyətdə idi. Amma ümummilli liderimiz gələn kimi bu məsələləri, hətta, dövlətin ən ağır maddi vəziyyətində qaydaya saldı. Bu var bunu qanunumuzda təbii ki, yazmalıyıq. Maliyyə Nazirliyi buna etiraz etmir. Amma indi bunun ardınca bu gün yaradıcılıq müstəqilliyidir, yeni qurumlar yarana bilər yaranır da. Bunların qədər yarana biləcəyi, təbii ki, qeyri-məhduddur. Burada vacib deyil heç buna ehtiyac da yoxdur ki, onların hamısı maliyyələşdirilsin. 5 adam, 10 adam yığışıb bir qurum yaradacaqsa, bunu dövlət niyə maliyyələşdirməlidir? Bax, ziddiyyət bundan ibarətdir. İndi bu baxımdan, qanunda gərək belə bir müddəa yazaq ki, yəni, xüsusi qurumlar, tarixi təcrübəsi olan, Azərbaycan mədəniyyətində, incəsənətində böyük rol oynamış, böyük xidmətləri olan qurumlar maliyyələşdirilir. Burada da yarımçıqlıq olur. Onda sual ortaya çıxır ki, bəlkə keçmiş qurumdan daha məhsuldar bir qurum yaranacaq. O, niyə maliyyələşdirilməsin ki? Bax, mürəkkəblik yaradan bu suallardır. Burada söhbət, ondan getmir ki, deyək ya Maliyyə Nazirliyi, ya hökumət bu maliyyə tutumlu qanunlardan imtina olunmasını təklif edir. Bu, mümkün deyil. Sadəcə, hər bir məsələ məntiqli olmalıdır. Çünki dövlətin pulu xalqın puludur. Xalq da, dövlət bilməlidir ki, o pul hara xərclənir, onun mədəniyyətinə, incəsənətinə dərəcədə yararlılıq, inkişaf gətirəcək. Ümumi məntiq budur biz bunu da fikirləşib, düşünüb tapmalıyıq.

Kamil HƏMZƏOĞLU

 





12.06.2014    çap et  çap et