525.Az

Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb


 

Şəhid Nahid Məmmədov Cəlilabadda torpağa tapşırılıb<b style="color:red"></b>

Ermənistan tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Məmmədov Nahid Hüseynağa oğlu dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, Cəlilabad rayonunun Vənlik kənd sakini, 1989-cu il təvəllüdlü şəhidin nəşi doğulduğu kəndə gətirilib.

Vida mərasimindən sonra şəhid doğulduğu kənddə torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 





14.09.2022    çap et  çap et