525.Az

Şəhid Mirtalıb Ağazadə Beyləqanda dəfn edilib


 

Şəhid Mirtalıb Ağazadə Beyləqanda dəfn edilib<b style="color:red"></b>

Beyləqan rayonundan olan 28 yaşlı şəhid Mirtalıb Mirheydər oğlu Ağazadə dəfn olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayon Şəhidlər xiyabanında keçirilən dəfn mərasimində rayon icra hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının nümayəndələri, rayon ictimaiyyəti, şəhidin hərbçi dostları və KİV nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid Mirtalıb Ağazadə 16 yanvar 1994-cü ildə Beyləqan rayon İkinci Aşıqlı kəndində anadan olub. Ermənilərin dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

 

 





14.09.2022    çap et  çap et