525.Az

Təcili tibbi yardım nə zaman çağırılmalı?


 

Təcili tibbi yardım nə zaman çağırılmalı?<b style="color:red"></b>

Son vaxtlar respublikamızda səhiyyənin inkişafı, yeni klinikaların, diaqnostik mərkəzlərin açılması danılmaz faktlardır. Xüsusi ilə təcili tibbi yardım stansiyalarının maşın, tibbi cihazlarla, dərman preparatları ilə təchizatı yüksək səviyyədədir. Həkim orta tibb işçilərinə sertifikat verilməsinə başlanması onların məsuliyyətini daha da artırıb.

Bəzən  çağırışların yerinə yetirilməsində cağırış briqadalarından asılı olmayan çətinliklərə rast gəlinir. Şəhərin mərkəzində tıxacların olması, bəzi sürücülərin ambulanslara yol verməməsi, yolların dar keçilməz olması, ünvanların düzgün göstərilməməsi sairəni göstərmək olar.

Bir çox insanların hansı hallarda təcili yardıma müraciət etmək lazım olduğunu bilmədikləri üçün bəzən kiçik bir üçün belə müraciət edirlər. Bəzən vətəndaşlar poliklinika həkiminin təyinatını yerinə yetirmək, profilə uyğun olmayan daşınmalar yerinə yetirməyi tələb edirlər. Ona görə aşağıdakı vəziyyətlərdə təcili tibbi yardım çağırmaq düzgün deyildir.

1) Sahə həkiminin göstərişlərini yerinə yetirmək üçün (iynə sistemlərin vurulması,sarğıların dəyişdirilməsi,yüngül xəstələrin daşınması), bülletenlərin verilməsi s.

2) Xroniki xəstələrin ağırlaşmasında (əgər xəstənin vəziyyəti təcili yardım tələb etmirsə)

3) Diş xəstəliklərinin müalicəsi üçün

4) Xəstəxana daxili daşınmanı yerinə yetirmək üçün

5) Vəfat etmiş şəxslərin meyidxanaya daşınması üçün

Səhiyyə Nazirliyinin əmrində göstərildiyi kimi, xəstənin həyatına sağlamlığına təhlükə olarsa təcili yardım çağırmaqda gecikmək onun həyatı bahasına başa gələ bilər.

Buradan sual meydana çıxır ki, hansı vəzyiyətlər həyat üçün təhlükəli sayılır, hansılar yox ?

Bədbəxt hadisələr, əgər insanda ciddi zədələnmə varsa, qanaxmalar, yanıqlar elektrik vurması, kəskin zəhərlənmələr s. hallarda həyat üçün təhlükə yaranarsa həmin dəqiqə təcili tibbi yardım çağırmaq lazımdır.

Ancaq ola bilər ki, müxtəlif xəstəliklərin ilkin dövründə insan özünü heç pis hiss etməsin. Məsələn: infarktdan qabaqkı dövrdə, insultdan əvvəlki periodda heç bütün xəstələr özlərini pis hiss etmirlər. Aşağıda müxtəlif vəziyyətlərdə özünü necə aparmaq hansı hallarda təcili yardım çağırılmasının vacibliyi qeyd edilmişdir:

1) Bütün qanaxmalarda təcili tibbi yardım çağırılmalıdır.

2) Tənəffüsün çətinləşməsi:

Bu ola bilər ki, bronxial astma tutması, qırtlağın ödemi, kəskin ürək çatışmazlığı s. nəticəsində olsun. Bu halda fikirləşmədən  "103" ə zəng edin. Həkim gələnə qədər - Əgər xəstədə astma varsa lazım olan dərmanı verin pəncərəni açın.

3) Hərarət: Əgər bu xəstəni narahat edən yeganə səbəbdirsə təcili yardım çağırmadan hərarət salıcılardan istifadə edib poliklinikaya müraciət etmək lazımdır. Bir yaşına kimi uşaqlar qoca insanlara təcili yardım xəstədə aşağıdakı əlamətlər özünü biruzə verərsə çağırılmalıdır :

a) istilik salıcılar kömək etməzsə;

b) qrip əlamətləri varsa -qriplə xəstələrin ağırlaşmaları olanda gec hospitalizasiya ölümlə nəticələnə bilir;

c) digər ağır simptomlar aşkar edilərsə;

Həkim gələnə kimi:

Çox da yüksək olmayan hərarətlərdə istilik salıcı qəbul etmək lazım deyil. Hərarətin qalxması orqanizmin müdafiə xüsusiyyətlərindəndir. Çoxlu maye qəbulu təmiz hava daha axını daha vacibdir. Həkim gələnə qədər bədəni su ilə qatılmış sirkə ya spirtlə silmək olar. Bundan başqa yüksək hərarət həkimə dəqiq diaqnoz qoymaqda yardımçı vasitədir.

4) Baş ağrısı:

Çoxları belə düşünür ki, bu zaman həkimə müraciət etmək lazım deyil, ağrıkəsici içmək kifayətdir. Baş ağrıları müxtəlif xəstəliklərin ilkin simptomu olduğu üçün həkimə müraciət nəticəsində ağırlaşmaların qarşısını almaq olar. Qəflətən əmələ gələn güclü baş ağrısı (əsasən başı önə əydikdə)-meningitin əlamətidir. Əgər baş ağrısından başqa, ürəkbulanma qusma, yuxululuq, huşun pozulması, işıqdan qorxma varsa dərhal təcili yardıma müraciət edin. Bütün bu əlamətlər insultdan qabaqkı dövrü göstərə bilir. Bu vaxt əmələ gəlir: Başın, sifətin ya ətrafın tərəfinin keyləşməsi, aydın olmayan nitq bəzən nitqin tam itməsi. Vaxt itirmədən zamanında göstərilən ilk yardım müalicə həmin şəxsin  yaşamasına tam sağalmasına səbəb olur.

Təcili tibbi yardım briqadası gələnə qədər:

a) Xəstənin başı yüksək olmaqla uzandırmalı

b) Pəncərə ya nəfəsliyi açmalı, rahat nəfəs almanı təmin edə bilmək üçün paltardakı düymələr boşaldılmalı qayış açılmalı;

c) Arterial təzyiq ölçülməli əgər təzyiq yüksəkdirsə həmişə qəbul etdiyi dərmanlardan vermək lazımdır. Əl altında dərman yoxdursa xəstənin ayağını isti suya qoymaq məsləhətdir.

5)Huşun itməsi, qıcolmalar;

Hissiyatın itməsi şok nəticəsində (məsələn kardiogen, miokard infaktında, anafilaktik şokda,allergiyalarda) ola bilər. Bundan başqa daxili qanaxmalarda digər çoxsaylı vəziyyətlərdə: yüksək hərarət, tetanus, baş-beyin şişi, hipertonik kriz s. hallarda rast gəlinə bilər. Bu vəziyyətlərdə təcili yardım mütləq çağırılmalıdır.

     Həkim gələnə qədər :

Sakitlik yaratmaq, xəstəni uzatmaq, naşatır spirti iylətmək lazımdır.

6) Qarında ağrı:

Bu əlamətlər çoxsaylı xəstəliklər nəticəsində: kəskin appendisit, pankreatit, xolesistit, pielonefrit, sistitdə aşkar edilir.Bəzən təcrübəli mütəxəssislər dəqiq diaqnoz qoymaqda çətinlik çəkir, məsələn, appendisit qarnın istənilən yerində yerləşə bilər. Yadda saxlayın ki, qəflətən qarında əmələ gələn güclü ağrının  harada yerləşməsindən asılı olmayaraq təcili tibbi yardım çağırmaq lazımdır. qədər tez həkimə müraciət edilərsə, bir o qədər tez ağırlaşmanın qarşısını almaq olmar.

Həkim gələnə qədər :

Xəstəyə sakitlik verib uzadın. Qətiyyən ağrıkəsici vermək olmaz. Bu əlamətləri gizlədərək dəqiq diaqnoz qoymağa əngəl olur. Ağrı yerinə isti istiqac ya isti vanna qəbul etmək qətiyyən olmaz. Bu qarında iltihabın tez bir zamanda inkişafına peritonitin əmələ gəlməsinə səbəb olur. Bağırsaqları yumaq, ödqovucu preparatlar vermək qətiyyən olmaz.

7 ) Ürək nahiyyəsində ağrı  :

Döş qəfəsində güclü ağrı - ürəyin işemik xəstəliyinin ilkin əlamətlərindən biridir. Bu ağrılar , kürəyə, boyuna, aşağı çənəyə, çiyinə,sol qola vura bilər.Ayaqlarda şişkinlik,boğulma,hava çatışmazlığı,nəbzin tezləşməsi ürək xəstəliklərinin xarakterik əlamətləridir. Əgər ürək nahiyyəsində olan xoşagəlməz duyğular bir neçə dəqiqə davam edərsə, gecikmədən təcili yardım çağırmaq lazımdır.

Həkim gələnə qədər:

Arterial təzyiqi ölçün lazım olarsa, təzyiq salıcı dərman verin, hansı ki, damarları genişləndirir. Ürəyin işemik xəstəliklərində adi validol nitroqliserin nadir hallarda kömək edir.

8) Bel nahiyyəsində ağrı:

Bu kəskin radikulit, fəqərəarası yırtıq ağrısı ola bilər. Böyrək daşı xəstəliyinin ağrıları belə vura bilər. Adətən belə ağrılar belin bir tərəfində olur.

Həkim gələnə qədər:

Ağrıları adətən, spazmolitiklər istiqac götürür. Ancaq bu ağrılar bəzən qarın boşluğu orqanlarının iltihabı xəstəliyinin əlamətləri ola bildiyi üçün, təcili yardım gələnə qədər, özünümüalicədən çəkinmək lazımdır.

Təcili yardımın sizin yanınıza tez çatması üçün:

- Adınızı, soyadınızı, yaşınızı dəqiq ünvanınızı söyləyin. Təkcə küçəni yox, ev, mənzil, giriş nömrəsi, mərtəbəni dəqiq göstərin.

- Öz telefon nömrənizi söyləyin.

- Öz şikayətlərinizi daha dəqiq söyləyin.

Çalışın sağlam olun!

Nazim ƏLİYEV, Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 11 saylı KYS-nın feldşeri

 





12.06.2014    çap et  çap et