525.Az

Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub


 

Gəncədə Azərbaycan Ordusunun şəhid leytenantı dəfn olunub<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 





14.09.2022    çap et  çap et