525.Az

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırılıb


 

Şəhid gizir Məhəmməd Məmmədov Biləsuvarda torpağa tapşırılıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Ordumuzun giziri Məmmədov Məhəmməd Bilal oğlu dəfn edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, şəhid M.Məmmədov böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun Ağalıkənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, sakinlər, rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, müharibə veteranları iştirak ediblər.

Şəhidin tabutunın büründüyü üçrəngli bayraq onun atasına təqdim olunub.

Qeyd edək ki, M.Məmmədov 1995-ci ildə Ağalıkənd kəndində anadan olub, 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlayıb.

2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunda gizir rütbəsində xidmət göstərib.

Şəhid subay idi.

 





14.09.2022    çap et  çap et